Məzmuna keç

MSK sədrinin müavini: “Bələdiyyə seçkiləri ilə bağlı müraciətlərin sayı əvvəlkilərlə müqayisədə 2 dəfə aşağı düşüb”

MSK sədrinin müavini: “Bələdiyyə seçkiləri ilə bağlı müraciətlərin sayı əvvəlkilərlə müqayisədə 2 dəfə aşağı düşüb”

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar “Seçki hüquqlarının pozulmasına müraciətlərə baxılmasına həsr olunan semnar keçirilib.

E-huquq.az xəbər verir ki, seminarda MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın ekspert qrupunun üzvləri, Katibliyinin müvafiq əməkdaşları, region üzrə dairə seçki komissiyalarının (DSK) ekspert qrupunun üzvləri iştirak edib.

R.Qasımov deyib ki, MSK-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının əsas məqsədi DSK-lara daxil olmuş müraciətlərin dəqiq, operativ, qərəzsiz araşdırılması və məlumatların DSK-lara təqdim edilməsidir: “Həmin DSK-lar da bu rəylər əsasında özünün yekun qərarını verir. Biz hər zaman çalışırıq ki, presesdən narazı qalan vətəndaşlarımız olmasın. Yəni, seçkilər elə səviyyədə keçirilsin ki, bütün iştirakçılar bu proesdən razı qalsın. Amma onu da nəzərə almaq lazımdır ki, seçkilər ümumilikdə emosianal bir prosesdir. Seçkilərdə bir tərəf qalib gəlir. Ancaq digər tərəf seçicilərin səslərini toplaya bilmədiyi halda qalib gələ bilmir. Məhz bu məqsədlə də bəzən o emosianal yükün çıxarılması üçün vətəndaşlar şikayətlər ünvanlamaqda görürülər. Vətəndaşlarımız həmin şikayətlərin dəqiq, qərəzsiz araşdılmasının şahidi olur. Özləri də bundan razı qalırlar. Son bələdiyyə seçkilərində də daxil olan müraciətlərin araşdırılması və operativ, dəqiq, qərəzsiz nəticələr, qərarlara nail olunması istiqamətində bir sıra addımlar atılıb. Məhz bu addımlar nəticəsində də bələdiyyə seçkilərinin nəticələri ilə bağlı təhlillər apararkən görürdük ki, ünvanlanan müraciətlərin sayı əvvəlkilərlə müqayisədə 2 dəfə aşağıya düşüb. Bu dəfə də biz çalışırıq ki, DSK-larda müraciətlərə baxılması, araşdırılması və düzgün qərarların qəbul edilməsi istiqamətində peşəkarlığını daha da artıraq. Bunun üçün də belə bir tədbirləri həyata keçiririk. Qeyd etmək istəyirəm ki, bu seminarlar hazırda regional seminarlar olaraq ölkənin müxtəlif yerlərində reallaşdırılır”.

Onun sözlərinə görə, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda təşkil olunan seminarlar, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi DSK-larının 375 ekspert qrupu üzvünü əhatə edir. MSK-nın sədr müavini həmçinin qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub: “ Müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, MSK-nın qərarı nəticəsində şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Tədbir çıxışlarla davam edib.