Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum oldu


  • 28 Mart 23:32

May ayının ortalarında Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında yeni görüşün keçirilməsinə dair razılıq əldə olunub.

E-huquq.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Smonyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşdə tərəflər qarşılıqlı inamsızlığın hökm sürdüyünü anlayıblar.

“Sahibə Qafarova bildirib ki, Azərbaycan tərəfindən heç bir təxribat hazırlanmır. Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq”, - Simonyan qeyd edib.

Oxşar xəbərlər