"Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil"


  • 1 Aprel 2024 00:01

“İndi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”.

E-huquq.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyb.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil:

“NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın gündəmində olan məsələ deyil. Aİ məsələsində deyə bilərəm ki, ermənilərin doğrudan da Avropa istəkləri var”.

Oxşar xəbərlər