Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin təbliğat kampaniyası normal davam etdirilir.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, hazırda yerlərdə bütün namizədlərə eyni şərait yaradılıb:
"Partiyadan 123 nəfərin namizədliyi qeydə alınıb. Yanvarın 17-dən təbliğat təşviqat kampaniyasına start verilib. Bu kampaniyada partiya üzvlərimiz iştirak edirlər. Hər bir yerdə hər bir namizəd üçün bərabər şərait yaradılıb,qapalı və açıq yerlər müəyyənləşdirilib. Orada da görüşlər keçirilir, biz insanlarla bir başa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk. Partiya tərəfindən aparılan siyasət birbaşa insanlara çatdırılsın. Partiyanın, dövlətin, prezidentin apardığı siyasət birbaşa insanlara çatdırılır. YAP-ın namizədlərinin bu baxımdan kifayət qədər üstünlüyü var. Bu baxımdan da hesab edirik ki, partiya bu mərhələni uğurla başa çatdıracaq".
