Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.
E-huquq.az xəbər verir ki, müraciətdə G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib. G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib. MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
