Məzmuna keç

İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırdı

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacağını açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki məlumatında ​bildirilib.

“Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir”, – nümayəndəlikdən vurğulanıb.

Həmçinin təxirəsalınmaz yardım üçün e-mail ünvanı və telefon nömrəsi də verilib.