Məzmuna keç

Aİ səfiri: “Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayırıq”

Aİ səfiri: “Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayırıq”

"Avropa İttifaqı (Aİ) Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayır".

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

“Seçkilər dünyanın əksər ölkələrində, o cümlədən Avropa İttifaqı ölkələrində keçirilən normal prosesdir. Onların beynəlxalq standartlara uyğun keçiriləcəyi gözlənilir. Bu baxımdan Azərbaycanın ATƏT DTİHB və AŞPA beynəlxalq müşahidəçilərini seçkilərə dəvət etməsini alqışlayırıq”, – səfir deyib.

K.Yankauskas qeyd edib ki, Aİ əvvəl olduğu kimi, Azərbaycanın yeni parlamenti ilə də işləməyə hazırdır.

Mənbə: Report