Aİ Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır


  • 19 Aprel 21:46

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir.

E-huquq.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar "X" hesabında bildirib.

"Bu gün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər oldu. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir", Klaar bildirib.

Oxşar xəbərlər