"Sumqayıt-Aşqarlar" ASC-nin ərazisində yanğın oldu - YENİLƏNDİ


  • 30 Aprel 22:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının müəssisənin ərazisinə keçməsinin qarşısı alınıb.

FHN-dən bildirilib ki, yanğın Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21.26

Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.

E-huquq.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub

Oxşar xəbərlər