Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub


  • 1 May 10:55

Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib.

“Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən dövlət başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.

Oxşar xəbərlər