Ermənistan Azərbaycan Ordusu ilə bağlı yayılmış dezinformasiyanı təkzib etdi


  • 4 May 10:51

Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkədə yayılmış Azərbaycan Ordusunun Tavuşdakı erməni mövqelərini atəşə tutduğuna dair məlumatları təkzib edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan MN bəyanat yayıb.

"Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin Tavuşdakı erməni mövqelərini atəşə tutması ilə bağlı məlumatlar reallığı əks etdirmir", - bəyanatda deyilir.

Ermənistan MN vətəndaşları rəsmi məlumatları izləməyə çağırıb.

Oxşar xəbərlər