İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir


  • 7 May 14:10

Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, - deyə Prezident vurğulayıb.

Oxşar xəbərlər