NATO-nun mənzil qərargahında Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edildi


  • 7 May 20:19

Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib.

E-huquq.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşımında bildirib.

"NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə etdik", - paylaşımda deyilir.

Oxşar xəbərlər