Məzmuna keç

XİN Braziliyaya başsağlığı ünvanladı

Azərbaycan Braziliyaya başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik", – paylaşımda deyilir.