Biz delimitasiyanı çox müsbət qəbul edirik və tarixi hadisə kimi dəyərləndiririk. Bunun ən böyük nəticəsi isə odur ki, buna iki dövlət arasında danışıqlar, siyasi, diplomatik yolla nail olduq.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.
O bildirib ki, sülh müqaviləsi ətrafında danışıqlar fevral ayından intensiv xarakter alıb.
