Məzmuna keç

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edildi

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin xarici işlər nazirinin müavini İvan Kondov ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkə hesabında paylaşım edib.

“Dostluq və səmərəli görüşə görə xarici işlər nazirinin müavini İvan Kondova təşəkkür edirəm”, – deyə Q.Hüseynov qeyd edib.

Səfir əlavə edib ki, görüş zamanı Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər, o cümlədən enerji diversifikasiyası, yaşıl keçid, kommunikasiyalar, innovasiyalar və biznes sahələrində qarşılıqlı fəaliyyətin gələcək inkişafı müzakirə edilib.