Məzmuna keç

Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır –

Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır.

E-huquq.az xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Beynəlxalq ictimaiyyətin nümayəndələri Qarabağa nə qədər çox getsə, orada baş verənlərlə bağlı məlumatlılıq bir o qədər çox olar”, – o vurğulayıb.

D.Mierinya həmçinin Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib:

“Dünən Qarabağda biz regionun necə sürətlə inkişaf etdiyini gördük. Yeni hava limanları, məktəblər, binalar gördük. Şuşada da olduq. Qarabağ sürətlə dirçəlir və inkişaf edir, biz bunu görməyə səmimi qəlbdən şadıq” .