Məzmuna keç

Azərbaycan Prezidenti: Qaz təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək

Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir.

E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sıra ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışıqlar aparırıq”.