Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 694 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov əlavə edib ki, yerli müşahiəçilərin sayı 61813 nəfərə çatıb. 33010 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülən müşahidəçilərdir.
