Məzmuna keç

YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlandı

YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlandı

Milli Məclisə seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

E-huquq.az xəbər verir ki, fiziki şəxslərin könüllü ianəsi hesabına fondda 453 300 manat toplanıb.

YAP bununla bağlı Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.