46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.
E-huquq.az xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.
Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var. Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.
