Məzmuna keç

Məzahir Pənahov: Bütün müraciətlərə qanuni qaydada cavab verilir

Məzahir Pənahov: Bütün müraciətlərə qanuni qaydada cavab verilir

Mərkəzi Seçki Komissiyasına daxil olan bütün müraciətlərə qanuni çərçivədə davab verilir.

E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qaynar xəttə daxil olan cavablara tələsik cavab vermək lazım deyil: “Bəlkə kimsə qəsdən elə edir ki, tələsik cavab verilsin və o da nəsə səhv tutsun. Qaynar xəttə gələn bütün müraciətlər qanuni qaydada cavablandrılmalıdır. Əgər bir az imkan varsa ki, məsələ müsbət həll olunsun, biz o məsələni müsbət həll etməyə çalışırıq”.