Bəzi namizədlər seçilməmələri ilə bağlı emosiyalarını müxtəlif formalarda ifadə edir. Bəzi namzədlər isə öz fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər.
E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bəzi namizədlər iddia edirlər ki, MSK onların müracətinə baxmayıb: “Ancaq bu yalnışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlərə də daxil olduğu halda baxıb qərar verir”.
Sədr müavini bildirib ki, bəzi namizədlər fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər: “Bəzi namizədlər iddia edir ki, MSK onların müraciətlərinə baxmayıb. Amma bu, yanlışdır. Hüquqşünaslar yaxşı bilir ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə birinci dairə seçki komissiyasında baxılmalıdır. Yalnız bundan sonra DSK-nın qərarından namizəd narazı qalarsa, MSK həmin şəxsin narazılığına baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladğı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”.
