Məzmuna keç

Hakan Fidan: “Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək”

Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək.

E-huquq.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, ölkələr arasındakı münasibətləri daha da gücləndirəcəklər: “Qars-Naxçıvan dəmiryolunu ən qısa zamanda həyata keçirmək hədəfimizdədir”.

Hakan Fidan həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub:

“Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində aparılan işlərdən məlumatlıyıq. Ümumilikdə, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.