Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 57 saylı Kürdəmir seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
E-huquq.az xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Namizəd Qəribov Rəşad şikayətində səsvermə prosesində sayımda pozuntuların olduğunu qeyd edib. Namizəd şikayətə 18 protokol təqdim edib.
MSK-nın araşdırması zamanı məlum olub ki, 5 seçki məntəqəsində pozuntu var.
Beləliklə, MSK qərara alıb ki, 7,18,20,27,33 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.
Qeyd edək ki, həmin dairədə lider namizəd Əminə Ağazadədir.
