“Bülletenləri korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməldir”.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır: “Əgər hər hansı bir pozuntu aşkar edilirsə, bununla bağlı müvafiq qərar qəbul edilir”.
