Məzmuna keç

Müraciət əsasında 1 məntəqə üzrə nəticələr etibarsız sayıldı

Müraciət əsasında 1 məntəqə üzrə nəticələr etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

E-huquq.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız bir məntəqədə qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki ( 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.