22.10.2026
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb –
Sosial

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb –

Sen 5, 2025

Bəzi dağlıq və dağətəyi rayonlarda – Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.

E-huquq.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sentyabrın 5-i saat 19:00-a olan məlumata əsasən, həmçinin yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.