"Mən Əmək və Əhalonin Sosial Müdafiəsi Nazirinin müavini ilə danışmışam və biz razılaşmışıq ki, 190 manatlıq ödəniş məsələsində VÖEN olması heç bir rol oynamır".
E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirirkən deyib.
"Həmin məsələ ilə bağlı sualı yaranan vətəndaşın şikayəti araşdırıla bilər" – deyə o, qeyd edib.
