Məzmuna keç

TƏBİB onlayn sifariş edənlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət edib.

E-huquq.az xəbər verir ki, müraciətdə kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş etmək tövsiyə olunub.

Qeyd olunub ki, qida/əşyaları götürdükdən sonra əllər ən azı 20 saniya su və sabunla yuyulmalı və ya spirt əsaslı məhlulla silinməlidir.