Məzmuna keç

Azərbaycanda 16 minə yaxın şəxs dollar kreditləri ilə bağlı kompensasiyasını ala bilməyib

Azərbaycanda 15,8 min şəxs ABŞ dolları ilə götürdüyü kreditlərə görə dövlətin ona ödədiyi kompensasiyanı ala bilməyib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev qurumda keçirilmiş mətbuat konfransında məlumat verib.

“Bunların 8 mini fəaliyyətdə olan, 7,8 mini isə ləğv prosesində olan bankların müştəriləridir. Kompensasiyaların verilməməsi bir sıra səbəblər, o cümlədən dəqiqləşdirmələrin aparılması ilə bağlıdır. Bəzən olur ki, müştəri ya vəfat edir, ya da ölkədə olmur və onunla əlaqə saxlamaq çətinləşir”, – o qeyd edib.