Məzmuna keç

Xüsusi karantin rejimindən çıxışla bağlı 3-cü mərhələ başlayır –

“Məhdudiyyətlərin daha bir qisminin yumşaldılması xüsusi karantin rejimində çıxışla bağlı 3-cü mərhələ hesab oluna bilər”.

E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Ona görə ki, aprelin 27-dən etibarən yumşaldılmanın birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı”, – deyə İ.Məmmədov bildirib