Məzmuna keç

TƏBİB: Karantin rejimi ilin sonunadək davam edəcək

"Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək".

E-huquq.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaq ehtimalı ola bilər: "Bu yükün artması və yumşalma prosesi vətəndaşların sosial məsuliyyətindən asılıdır. Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq".