Məzmuna keç

Azərbaycanda xaricdən gələn 800 nəfər karantində saxlanılır

Hazırda 800-ə yaxın xaricdən gələn şəxslər karantinə alınıb.

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, onların arasında virus aşkar olunan kifayət qədər şəxs var.