Qərargah: Koronaviruslu xəstələr üçün çarpayı sayı 7 000 mindən artıq olacaq


  • 29 May 2020 19:12

"Bu gün üçün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 5 000-dən çox çarpayı ayrılıb. 2 000 çarpayı isə modul tipli xəstəxanada olacaq. Gələn həftədən ora xəstə yerləşdirilməsinə başlanılacaq".

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı qeyd edib ki, ümumilikdə isə çarpayı sayı 7 000 mindən artıq olacaq: "Bugünkü xəstə sayına baxsaq xəstəxana doluluk faizi yetərlidir".

Oxşar xəbərlər