Məzmuna keç

TƏBİB Xaçmazdakı yoluxmanın sayını açıqladı

"Bu günədək Xaçmazda 36 koronaviruslu xəstə var".

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə həmin rayonda guya yüzdən artıq xəstənin olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.