Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!


  • 1 İyun 2020 10:33

Dövlət İmtahan Mərkəzi 16 fevral 2020-ci il tarixdə dövlət qulluğunun B növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış şəxslərə müraciət edib.

DİM-dən e-huquq.az-a verilən məlumata görə, test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlərin sertifikatlarının verilməsinə başlanılır.

16 fevral 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər DİM-in saytından elektron növbə götürməklə sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən əldə edə bilərlər.

Namizədlər DİM-in qeyd olunan inzibati binalarına gəlmək üçün Mərkəzin saytından onlayn növbə götürməlidirlər.

Oxşar xəbərlər