Məzmuna keç

Bakıda sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah – iyunun 7-də Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə e-huquq.az-a paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.