Məzmuna keç

Azərbaycanda daha 336 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

E-huquq.az-ın məlumatına görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb.