Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva Rusiyanın Dağıstan Respublikasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyə olunması ilə bağlı məsələyə münasibət bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, Azərbaycanın digər ölkələrdə qalan və mövcud vəziyyətlə bağlı çətinliklərlə üzləşən vətəndaşlarınln ölkəyə qayıdışı mərhələli şəkildə həyata keçirilir.
“Son bir ay ərzində minə yaxın Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub”, o bildirib.
