Məzmuna keç

Tovuzda güclü külək qaz təsərrüfatına ciddi ziyan vurdu –

Tovuzda gecə saatlarına əsən güclü külək qaz xətlərini zədələyib.

Bu barədə e-huquq.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə zamanı rayonun ayrı-ayrı yerlərində qaz təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda abonentlərin qazsız qalmaması üçün Şəmkir Regional Qaz İstismarı İdarəsi bərpa prosesini sürətləndirib.