22.10.2026
Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib
Sosial

Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib

Apr 30, 2019

Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.

E-huquq.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 6 aprel 2019-cu il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar gömrük rüsumu tətbiq edilib.

Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar, 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq etmişdi.