22.10.2026
Nazir məktəblərdə dərslərin necə keçiriləcəyini açıqladı
Sosial

Nazir məktəblərdə dərslərin necə keçiriləcəyini açıqladı

Yan 22, 2021

“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqhazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.

E-huquq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.