Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.
E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən – postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.
***
16:34
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.
E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.
Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.
