“Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib


  • 25 Fevral 16:54

“Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şuranın fəaliyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının videokonfrans formatında iclası keçirilib.

E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, iclasda qurumun Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Təmir-Tikinti İdarəsinin rəisi Vidadi Həsənov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov və Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak edib.

İstehsalat Birliyinin rəhbər şəxsləri ilə yanaşı, iclasa “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, “Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev də qatılıblar.

İclasda Seçki Komissiyasının sədrinin seçilməsi, İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və digər məsələlər müzakirə edilib.

"Azəriqaz"ın Hüquq Departamentinin rəisi Vüqar Eyvazov İctimai Şuranın yaradılması ilə əlaqədar İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin təşəbbüsünə dəstək verdikləri üçün iştirakçılara təşəkkürünü bildirib. O, əlavə edib ki, “Azəriqaz” qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə hesab edir.

Daha sonra bu sahədə kifayət qədər iş təcrübəsi olan “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Seçki Komissiyasına sədr seçilib. O cümlədən, “Azəriqaz” üçün İctimai Şuranın üzvlərinin say həddinin 11 nəfərdən ibarət olması məqsədəuyğun sayılıb.

Oxşar xəbərlər

  • 11 Aprel 11:58
Sabah yağış yağacaq