- 14 İyul 16:53
Bəzi kütləvi informasiya vasitələrində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə pandemiya ilə əlaqədar ənənəvi təhsilin yenidən dayandırılacağı barədə məlumat yayılıb.
E-huquq.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yayılan məlumatlara münasibət bildirib.
"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir", - deyə o qeyd edib.