Azad olunan ərazilərdə xidmət edən sərhədçilərmiz peyvənd olunur


  • 6 Mart 2021 13:01

İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

E-huquq.az-ın xəbərinə görə, ilk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.

Vaksinasiya Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzində aparılıb.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2 000-dən çox hərbi qulluqçusu aşılanıb.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu