Məzmuna keç

Bakıda 112 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə e-huquq.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi – Şüvəlan yolu ilə hərəkət edirlər.