"Mirzayev&Partners Legal Firm" hüquq şirkəti insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə xeyriyyə aksiyası həyata keçirib.
E-huquq.az-ın məlumatına görə, şirkətin əməkdaşları bayramla əlaqədar torpaqlarımızın azadlığı uğrunda döyüşən və bizi doğma Qarabağa qovuşduran cəsur qazilərimizi ziyarət ediblər.
Qazilərimizin ailələrinə Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından ibarət sovqat və pul yardımı təqdim olunub.
Eyni zamanda istənilən hüquqi problemlə bağlı şirkət tərəfindən qazilərimizə təmənnasız xidmət göstəriləcəyi qeyd olunub.
