21.10.2026
İcbari tibbi sığorta xidmətindən istifadədə hər hansı limit  varmı?
Sosial

İcbari tibbi sığorta xidmətindən istifadədə hər hansı limit  varmı?

Mar 31, 2021

"İcbari tibbi sığorta xidmətindən istifadədə yalnız iki istiqamət üzrə limit mövcuddur".

E-huquq.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, birinci istiqamət fizioterapiya və masaj xidmətləridir: "Bu istiqamətdə 26 xidmət tətbiq olunur və onların limiti bununla əlaqədardır ki, hər bir ölkə vətəndaşına 10 prosedura limitsiz şəkildə icazə verilir. Lakin hər nahiyyə üzrə 10 prosedurdan söhbət gedir və 11-ci prosedurda vətəndaş bunu öz vəsaiti hesabına həyata keçirməlidir. Bu da yalnız 26 adda tibbi xidmətə aiddir. İkinci istiqamət isə koxlear əməliyyat və endoprotezlərin yerləşdirilməsi əməliyyatı ilə bağlıdır. Bu istiqamətlərin hər biri üzrə 300 əməliyyat xidmətlərə daxildir".